Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tələbələrin köçürülmə prosesi başladı

15.07.2025 07:25 23 baxış sayı 1 dəq. oxuma Metbuat
Tələbələrin köçürülmə prosesi başladı

2025-2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunub.

Metbuat.az xəbər verir ki, elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayır və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

Tələbələrin köçürülməsi ilə bağlı müəyyən edilmiş qaydalar, tələb olunan sənədlər və digər zəruri məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

https://e-qanun.az/framework/56513

https://eatda.edu.az/melumatlar/telebelerin-kocuru...

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: