🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Tanınmış idmançı azadlıqdan məhrum edildi

01.09.2025 11:25 1 baxış sayı 1 dəq. oxuma
Tanınmış idmançı azadlıqdan məhrum edildi

Azərbaycanlı peşəkar döyüşçü Rusiyada Cəbrayıl Əliyev “sevgilisini döyərək öldürməklə hədələdiyi üçün” 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, idmançı məhkəmənin qərarı ilə “mənəvi zərərə görə” rusiyalı qadının xeyrinə 500 min rubl ödəməli olacaq.

İddiaya görə, guya C.Əliyev ötən il iyulun 27-də Moskvada yerləşən binanın 4-5-ci mərtəbələri arasındakı pilləkəndə heç bir səbəb olmadan qadını itələyərək divara çırpıb. Sonra ən azı iki dəfə onun başına “vurub” və “öldürməklə” hədələyib.

Cəbrayıl Əliyev peşəkar idmançı, MMA döyüşçüsüdür, yumruq döyüşləri üzrə ixtisaslaşmış “Hardcore Fighting” təşkilatının turnirlərində iştirak edib.

Paylaş: