🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi -Skuterlə toqquşub

07.06.2025 14:25 10 baxış sayı 1 dəq. oxuma
Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi -Skuterlə toqquşub

Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən skuterlə toqquşub və nəticədə ciddi xəsarət alıb.

Metbuat.az xəbər verir ki, teatrın mətbuat katibi Samirə Əşrəf Teleqraf-a bildirib ki, iki gün əvvəl baş vermiş qəza nəticəsində beyin silkələnməsi olub.

"Vəziyyəti kafidir. Başı yerə dəydiyi üçün baş ağrıları və ürək bulanması var. Danışa bilir, huşu yerindədir, ancaq ağrıları davam edir. Hələki müalicəsi xəstəxana şəraitində aparılır. Bir müddət xəstəxanada qaldıqdan sonra müalicəsi evdə davam etdiriləcək".

Samirə Əşrəf qeyd edib ki, teatr rəhbərliyi hadisədən dərhal sonra aktrisanın ailəsi ilə əlaqə saxlayıb və vəziyyətini daim izləyir.

Paylaş: