
Taksi qiymətləri bahalaşacaq? - AÇIQLAMA

Azərbaycanda bəzi taksi şirkətlərinin gediş haqqını artırdığı bildirilir. Sərnişinlərin sosial şəbəkələrdə paylaşdığı məlumata görə, “Uber”də yaxın məsafələr üzrə minimal gediş haqqı 4 manat, “Bolt”da isə 3,50 manat müəyyən olunub.
Nəqliyyat eksperti Elməddin Muradlı Metbuat.az-a açıqlamasında bildirib ki, taksi qiymətlərindən bağlı məsələ çoxdan müzakirə olunur:
“Taksi sürücüləri həmişə etiraz edirlər ki, əvvəllər köhnə maşınlarla, istədikləri maşınlarla xidmət göstərə bilirdilər. Lakin əvvəl 10 minə, 12 minə Prius alıb taksi kimi işləyirdilərsə, bu gün bu mümkün deyil. Yəni qaydalara görə, onlar yeni, müasir, komfortlu avtomobillərlə xidmət göstərməlidirlər və maşın 8 ildən köhnə olmamalıdır. Ölkəyə gətirilən avtomobilin yaşı 15 ildən çox olmamalıdır. Hazırda isə ümumilikdə maşınların böyük əksəriyyəti təxminən 7–8 il arasındadır. Ona görə də sürücülər etiraz edirlər ki, yeni və baha avtomobil alıblar, 25–30 min manat xərcləyiblər, amma hələ də eyni qiymətə xidmət göstərirlər. Dünya təcrübəsinə baxsaq, gecə-gündüz tarifləri mövcuddur və pik saatlara uyğun fərqli qiymətlər hesablanır”.
Elməddin Muradlı qeyd edib ki, sürücülərin iddialarında problem görmür:
“Sadəcə nəzərə almaq lazımdır ki, dövlət taksi qiymətlərini tənzimləmir. Şirkətlər özləri qiyməti müəyyənləşdirir və bazara uyğun tarif tətbiq olunmalıdır. Hər halda ortaq məxrəcə gəlmək mümkün olacaq”.
Ülkər Cəlilzadə / Metbuat.az
Oxşar xəbərlər

Azərbaycanda taksi qiymətləri artdı
Xəbər Anı

Həftəsonu taksi qiymətləri bahalaşdı:
Son Xeberler

Ərzaq qiymətləri bahalaşacaq -
Son Xeberler

Tbilisi Prospektində Yeni Taksi Duraqları Yaradıld...
Son Xeberler

Bu tarixdən siqaretlər bahalaşacaq -
Son Xeberler

"Maxim" taksi şirkəti 20 min manat cərimə edildi
Bugun.az