🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Süni intellekt və avtomatlaşdırma iş həyatını necə dəyişir?

15.08.2025 16:25 1 baxış sayı 2 dəq. oxuma
Süni intellekt və avtomatlaşdırma iş həyatını necə dəyişir?

Müasir gənc nəsil üçün kompüter və digər rəqəmsal qurğular gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Texnoloji yeniliklər isə təkcə həyat tərzini deyil, iş münasibətlərini və peşələrin tələblərini də köklü şəkildə dəyişir.

İKT üzrə ekspert Elvin Abbasov Metbuat.az-a açıqlamasında bildirib ki, avtomatlaşdırma və süni intellekt əmək məhsuldarlığını artırsa da, işçilərdən daha yüksək rəqəmsal savad və adaptasiya bacarığı tələb olunur:

"Bir tərəfdən, avtomatlaşdırma, süni intellekt və rəqəmsal alətlər bir çox peşədə təkrarlanan əməliyyatları əvəz edərək əmək məhsuldarlığını artırır, digər tərəfdən isə işçilərdən daha yüksək rəqəmsal savadlılıq, adaptasiya bacarığı və yaradıcı yanaşma tələb edir. Məsələn, əvvəllər yalnız texniki bilik kifayət edirdisə, indi həm texnoloji, həm də kommunikasiya bacarıqlarının sintezi vacibdir. İş şəraitində də ciddi dəyişikliklər var. Uzaq məsafədən iş (remote work) və hibrid modellər geniş yayılıb, bu da işçilərə daha çox çeviklik verir, lakin eyni zamanda vaxt idarəetməsi, özünü motivasiya və onlayn əməkdaşlıq bacarıqlarını zəruri edir".

Ekspert qeyd edib ki, texnologiyanın gətirdiyi yeni imkanlarla yanaşı, peşələr daha dinamik, tələbkar və çoxfunksiyalı hala gəlib.

Ülkər Cəlilzadə / Metbuat.az

Paylaş: