
Şimali Koreya Ukraynada istifadə edilən raketlərin istehsalını artırır

Şimali Koreya Ukrayna ərazisində istifadə edilən KN-23 raketlərinin istehsalını artırmaq üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, ABŞ-ın Nüvə Silahlarının Yayılmaması Araşdırmaları Mərkəzi tərəfindən paylaşılan peyk görüntülərinə görə, raketlərin istehsal olunduğu hərbi obyektdə genişləndirmə işlərinə başlanılıb. Silah istehsalı müəssisəsinə yeni istehsal binasının əlavə edildiyi iddia edilib. Yeni binanın köhnə binadan 60-70 faiz çox istehsal gücünə malik olacağı deyilir. Həmçinin vurğulanır ki, Pxenyan kompleksdəki bəzi yeraltı obyektlərin girişlərini təkmilləşdirib.
Məlumata görə, Şimali Koreya istehsalı olan KN-23 raketləri Rusiyanın Ukrayna ərazisinə atdığı raketlərin üçdə birini təşkil edir.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Şimali Koreya Cənubi Koreya ərazisinə ballistik ra...
Azəri Xəbər
Şimali Koreya Pxenyanqda Rusiya-Ukrayna Müharibəsi...
Son Xeberler
Şimali Koreya Yeni Hipersonik Raketlərin Sınağını...
Son Xeberler

Şimali Koreya Əsgərləri Ukraynada
KIBRIT MEDIA

Şimali Koreya Rusiyaya hərbi dəstəyini artırıb - K...
Bugun.az

"Şimali Koreyanın əsgərləri bizə qarşı döyüşəcək"
Xəbər Anı


