🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Sərhəddə qarşıdurma - Böyük müharibə başlayır

29.04.2025 19:25 5 baxış sayı 1 dəq. oxuma
Sərhəddə qarşıdurma - Böyük müharibə başlayır

Hindistan və Pakistan sərhədində silah səsləri eşidilir.

Metbuat.az xəbər verir ki, ordular arasında qarşıdurma Cammu və Kəşmir bölgəsindəki beynəlxalq sərhəddə qeydə alınıb. Tərəflərin ağır silahlardan istifadə etdiyi irəli sürülür. Xarici KİV-lərin məlumatına görə, Hindistanın baş naziri Narendra Modi ölkə ordusuna “əməliyyat azadlığı” verib. İddialara görə, Modi silahlı qüvvələrin cavab vermək üçün tam səlahiyyətə malik olduğunu açıqlayıb. Bu bəyanatın təhlükəsizlik sammitində bəyan edildiyi iddia edilir.

Qeyd edək ki, Hindistanın nəzarətində olan Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması zamanı 26 nəfər ölüb, çox sayda insan yaralanıb. Hindistan hadisənin Pakistan tərəfindən həyata keçirildiyin iddia edib. Bundan sonra tərəflər arasında vəziyyət gərginləşib.

Paylaş: