
Şəkər xəstəliyi niyə cavanlaşıb? - AÇIQLAMA

Son illərdə şəkərli diabet xəstəliyinin yaş həddi nəzərəçarpacaq dərəcədə aşağı düşüb və artıq bu problem təkcə orta və yaşlı nəsildə deyil, gənclər arasında da geniş yayılıb. Maraqlıdır, gənclər niyə şəkər xəstəliyindən əziyyət çəkir?
Endokrinoloq-həkim Lamiyə Nəbibəyli Metbuat.az-a açıqlamasında bildirib ki, şəkərli diabet xəstəliyi əvvəllər əsasən iki tipə ayrılırdı.
Həkimin sözlərinə görə, birinci tip şəkərli diabet uşaqlıq və körpə yaşlarında, həmçinin yeniyetmə dövründə, 17-20 yaşlarında, bəzən isə 30 yaşa qədər üzə çıxa bilərdi. Bu tip diabet xəstələri mütləq şəkildə insulin müalicəsinə ehtiyac duyurdular. İkinci tip diabet isə əsasən 40 yaşdan sonra, genetik meyillilik, artıq çəki və düzgün olmayan həyat tərzi nəticəsində inkişaf edirdi:
“Lakin zaman keçdikcə hərəkətsiz həyat tərzinin artması, həddindən artıq piylənmə, yüksək kalorili qidaların çox qəbul edilməsi, ailədə diabet xəstələrinin sayının çoxalması (genetik yükün artması) və digər yanaşı xəstəliklər səbəbindən ikinci tip diabet daha erkən yaşlarda - 30-35 yaşda da müşahidə olunmağa başladı. Hətta hazırda bəzi ölkələrdə 12-15 yaşlarında belə prediabet mərhələsində, yəni xəstəliyin başlanğıcında olan uşaqlar aşkar edilir. Artıq çəki, genetika və sedanter (oturaq) həyat tərzi, eləcə də karbohidratla zəngin qidalanma bu xəstəliyin daha da artmasına gətirib çıxarır”.
L.Nəbibəyli qeyd edib ki, tip 2 diabet yalnız artıq çəki fonunda yaranmır:
“Məsələn, xroniki pankreatit, bəzi qaraciyər xəstəlikləri, lipid mübadiləsinin pozulması, bağırsaq mikroflorasının disbalansı da diabet riskini artıra bilər. Bağırsaq mikroflorasındakı pozulma həm diabetin, həm də piylənmənin inkişafına səbəb ola bilir”.
Həkim diabetdən qorunmaq üçün məsləhətlər də verib:
“Qorunmaq üçün ən vacib məqam qəbul etdiyimiz kalori ilə sərf etdiyimiz kalori arasında balansın qorunmasıdır. Həyat tərzində aktivlik olmalı, hər gün ən azı 30 dəqiqə sürətli gəzinti edilməli, axşam yuxudan 3 saat əvvəl qida qəbulu dayandırılmalı, normal yuxu rejimi saxlanılmalı və stressdən mümkün qədər uzaq durulmalıdır”.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Bu xəstəliyi olanlara isti su ilə çimmək olmaz -
Son Xeberler

Azərbaycanda bu MMC-nin direktoru
Son Xeberler

Bu ərzaqlarda gizli şəkər var - Həkimdən xəbərdarl...
Bugun.az

Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son Xeberler

Tik-Tokda çox vaxt keçirənlər şəkər xəstəsi ola bi...
Tibbi məlumatlar

Şəkər xəstəliyinin və arıqlamağın möcüzəvi sirri -...
Son Xeberler