🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Sağlam qalmaq üçün hansı saatlarda qidalanmalıyıq? - AÇIQLAMA

26.08.2025 14:25 1 baxış sayı 3 dəq. oxuma
Sağlam qalmaq üçün hansı saatlarda qidalanmalıyıq? - AÇIQLAMA

Düzgün qidalanma yalnız gündəlik enerjini təmin etmir, həm də immun sistemini gücləndirir, xəstəliklərin qarşısını alır və ömrü uzadır. Lakin bunun üçün qidalanma yalnız miqdardan deyil, həm də vaxt və tərkib baxımından balanslı olmalıdır.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən dietoloq Ləman Süleymanova bildirib ki, insan orqanizmi sistemli qurulub və düzgün qidalanma onun sağlamlığı üçün həyati əhəmiyyət daşıyır:

“İnsanın orqanizmi qəribə və sistemli şəkildə qurulub. Allah tərəfindən elə yaradılıb ki, sanki bir cihazı xatırladır. Məsələn, avtomobilimizi ən yüksək keyfiyyətli, yəni uyğun benzinlə təmin edirik. Nə qədər düzgün qulluq etsək, bir o qədər onun keyfiyyətini qoruyuruq. Eləcə də insan orqanizmi. Bizim qidalanmağımız daxili orqanlarımızın fəaliyyətini və keyfiyyətini təmin edir. Nə qədər düzgün qidalanırıqsa, bir o qədər orqanların funksiyası, hormonların fəaliyyəti və bədənin mexanizmi aktiv olur, insanın ömrü də uzanır. Yemək enerji balansımızı təmin edir və daxili orqanlarımızın normal işləməsi üçün çox önəmlidir. İnsan sanki robot kimi rejimlə qidalanmalıdır. Səhər tezdən durduqda oksigen mübadiləsi aktiv olur və səhər yeməyi mütləq vacibdir. Çünki insana enerji verir. Səhər yüngül də yeyə bilərik, orta porsiya da yeyə bilərik. Əsas odur ki, səhər qidasında həyati vacib maddələr olsun ki, gün ərzində bizi enerji ilə təmin etsin. Günorta yemək də çox önəmlidir”.

Dietoloq qeyd edib ki, axşam vaxtı yüngül yemək lazımdır:

“Xüsusilə yay fəslində axşam yeməyinə diqqət etmək vacibdir. Axşam qidası əsasən psixoloji rahatlıq verir, beyni dincəldir. Amma tərkibindəki maddələr orqanizm tərəfindən tam mənimsənilmir. Bəzi insanlar səhər yemir, günorta yemir, yalnız axşam yeyirlər. Belə insanlar kökəlir, immunitetləri zəifləyir. Nəticədə artıq çəki, arterial təzyiq, şəkər xəstəliyi və digər problemlər yaranır. Çünki axşam yeməyindəki maddələr orqanizm tərəfindən tam mənimsənilmir. Ona görə səhər yemək vacibdir, günorta yemək vacibdir, amma axşam ağır yemək məsləhət deyil. Axşam saat 9-da ağır qida qəbul edən insanlar sağlam sayılmır, çünki belə hallarda şəkər və digər xəstəliklər tez bir zamanda yaranır”.

Ülkər Cəlilzadə / Metbuat.az

Paylaş: