
Rusiya Ursula von der Leyenin təyyarəsinə müdaxilə edib - İddia

Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin Bolqarıstana səfəri zamanı təyyarənin GPS sistemində problem müşahidə edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının sözçüsü Arianna Podestan açıqlama verib. O bildirib ki, Leyenin təyyarəsi Bolqarıstan hava limanına yaxınlaşarkən GPS sisteminə giriş imkanını itirib. Təyyarəyə elektron siqnallar vasitəsilə müdaxilə etdiyi güman edilir. Təyyarə təhlükəsiz şəkildə eniş edib. Arianna Podestan, “Təhdid və hədə-qorxu Rusiyanın düşmənçilik hərəkətlərinin müntəzəm hissəsidir. Bu vəziyyət müdafiə qabiliyyətimizi gücləndirmək və Ukraynanı dəstəkləmək üçün sarsılmaz qərarımızı daha da gücləndirəcək” - deyə bildirib.
Bolqarıstan rəsmiləri müdaxilənin arxasında Rusiyanın ola biləcəyini irəli sürüblər.
Oxşar xəbərlər

Trampdan vacib Suriya açıqlaması -Müdaxilə etməmə...
Bugun.az

ABŞ və müttəfiqlər Ukraynada davamlı sülh üçün bir...
Bugun.az

AZAL təyyarəsinin vurulması təsdiqləndi - DETALLAR
Bugun.az

Mətbuat Şurasından “Sputnik Azərbaycan”ın rəhbəri...
Bugun.az

AZAL-ın təyyarəsinə Rusiyada hücum olub - KİV
Bugun.az

Almaniyada Putinin şərəfinə gümüş sikkə buraxıldı
Bugun.az