
Rusiya Ukrayna ilə birbaşa danışıqlara razıdır - Kreml

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara razıdır.
Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Kiyev tərəfi hələlik bu məsələ barədə mövqe ortaya qoymayıb. Peskov, ABŞ-nin Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq səylərinin uğurlu ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin təkliflərə açıqdır.
Peskov, "Biz başa düşürük ki, Vaşinqton bu prosesdə tez uğur əldə etmək istəyir. Lakin eyni zamanda başa düşürük ki, Ukrayna böhranının əsas səbəbləri bir gündə həll oluna bilməyəcək qədər mürəkkəbdir. Nəzərə alınmalı olan bir çox nüanslar var", - deyə bildirib.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Kreml Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu...
Azəri Xəbər

Kreml: ABŞ ilə Ukrayna müharibəsinə dair məsləhətl...
Azəri Xəbər

Putin və Tramp bu barədə razılığa gəldi - Kreml
Bugun.az

Zelenski: Ukrayna Rusiya ilə bütün mümkün danışıql...
Azəri Xəbər

Kreml Təsdiqlədi: Rusiya Türkiyədəki Danışıqlarda...
Son Xeberler

"Zelenski ilə Putin görüşü mümkündür" -Kreml
Bugun.az


