
Rusiya İrana dəstək verəcək? - Kremldən açıqlama

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-nin İrana hücumları ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, o, Rusiyanın ABŞ-nin hücumlarını qınadığını ifadə edib. Peskov Rusiyanın İrana dəstək verib-verməyəcəyi ilə bağlı suala, “Biz vasitəçilik təklif etdik. Bu da dəstəkdir, lakin gələcəkdə hər şey İranın nəyə ehtiyacı olacağından asılı olacaq" - deyə bildirib. Peskov İran-İsrail müharibəsində iştirak edən ölkələrin sayının artdığına diqqət çəkərək, bunun bölgədə gərginliyi artdırdığını ifadə edib.
ABŞ-nin İranda hakimiyyəti dəyişmək tərəfdarı olması barədə bəyanatlarını təndiq edən Peskov bildirib ki, hakimiyyəti üçüncü ölkə deyil, xalq dəyişdirməlidir. Peskov İrana hücumların Moskva ilə Vaşinqton arasında dialoqa təsir etmədiyini və bunların müstəqil proseslər olduğunu bildirib.
Oxşar xəbərlər

NATO Baş Katibi Təcili Açıqlama Verəcək
KIBRIT MEDIA

Putin və Tramp bu barədə razılığa gəldi - Kreml
Bugun.az

Lavrov İrana gedir
Bugun.az

Rusiya İsrail və İrana vasitəçilik təklif etdi
Bugun.az

Türkiyədən İrana uçuşlar dayandırıldı
Xəbər Anı

ABŞ İrana qarşı sanksiyaları artırdı
Son Xeberler