
Rəqsanəyə bu qədər müddətə həbs verilə bilər

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs edilib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənninin ittihamı xüsusilə külli miqdarda dələduzluq cinayətində aiddir.
Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.
Hazırda iş üzrə ibtidai istintaqı polis aparır. Rəqsanə barəsində ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər

Daha bir erməni arxiyepiskop həbs edildi
Bugun.az

Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə başl...
Bugun.az

Nəzakət Məmmədxanova həbs edildi
Bugun.az

"Pankapu oyunu Steam-də məhdud müddətə pulsuzdur!"
Texnologiya xəbərləri

İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLA...
Son Xeberler

Xbox-da Məhdud Müddətə İki Oyun Pulsuz!
Texnologiya xəbərləri