
Qurbanovun oyundan əvvəl oyunçulara nə dediyi açıqlandı

"Qələbəni çox da bayram etmirdik".
Metbuat.az xəbər verir ki, bunu "Qarabağ" komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasında səfərdə "Benfika"nı 2:3 hesabı ilə məğlub etməsini championat.com-a şərh edərkən deyib.
"Oyundan sonra klub rəhbərliyi paltardəyişmə otağına girdi və bizi təbrik etdi. Qələbəni çox da bayram etmirdik. Təyyarə reysini qaçırmamaq üçün tez yığışdıq. Hava limanı bağlansaydı, orada gecələməli olardıq. Biz isə oyunlardan dərhal sonra yola düşməyə çalışırıq. Onsuz da heç kim yatmır, ona görə də dərhal uçmaq daha yaxşıdır", - deyə o vurğulayıb.
Bakıya 6 saatdan sonra çatdıqlarını deyən Məhəmmədəliyev əlavə edib:
"Aeroportda çoxlu insan - jurnalistlər, azarkeşlər qarşıladı. Çox sağ olsunlar. Bu, Azərbaycan xalqı üçün böyük qələbədir. Tarixi qələbədir. Elə onlar üçün oynayırıq ki, insanlar sevinsinlər. Tarixdə ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsində oynayırıq. Keçən dəfə bütün turnir ərzində iki qol vurduq, burada isə bir oyuna üç qol vurduq və səfərdə qalib gəldik. Əsas odur ki, bununla kifayətlənməyək və bu uğuru davam etdirməyə çalışaq. Qrupdan çıxmaq barədə düşünmək çox tezdir".
Qapıçı baş məşqçi Qurban Qurbanovun matçdan əvvəl futbolçularla olan söhbətini də xatırlayıb:
"Məşqçi oyundan əvvəl dedi: "Uşaqlar, bir daha Çempionlar Liqasının qrup mərhələsində, belə böyük stadionlarda oynamaq şansımız olmaya bilər". "Benfika" 2:1 hesabı ilə qalib gələndə Qurbanov onlara "Unutmayın, bu, Çempionlar Liqasıdır. Zövq alın. Oynayın!" dedi. Və uşaqlarda alındı".
Oxşar xəbərlər

"Malmö" Baş Məşqçisi: "Qarabağ" Güclü Komandadır
Son Xeberler

Qurban Qurbanov kiminlə quda olub?
Xəbər Anı

Qurban Qurbanovun oğlu da milliyə dəvət aldı
İdman Xəbər

Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Son Xeberler

Azərbaycan I Liqasının qalibi mükafatlandırıldı
Bugun.az

Həm nəticədən, həm də oyundan razı qaldım - Qurban...
Bugun.az