
Qərb şirkətləri Rusiyaya qarşı sanksiyaların ləğvini gözləyir - "Financial Times"

Qərb şirkətləri mümkün sanksiyaların ləğv edilməsi ehtimalına görə, Rusiya bazarına qayıtmağa hazırlaşmağa başlayıblar.
Metbuat.az “Financial Times”a istinadən xəbər verir ki, xammal korporasiyaları, sığorta şirkətləri və gəmiçilik şirkətləri Rusiya ilə ticarətin bərpası yolları ilə bağlı vəkillərlə məsləhətləşirlər. Xüsusilə, ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlərin götürülməsi ehtimalları müzakirə edilir.
Lakin, Avropa İttifaqı və Böyük Britaniyanın mövqeyi hələ də vacib qalır. Əgər onlar ABŞ-nin antirusiya tədbirlərini yumşaltmasına qoşulmasalar, bu, şirkətlərin Rusiya bazarına qayıtmasının qarşısında ciddi maneə ola bilər.
Vaşinqton və Brüssel arasındakı yanaşmaların fərqliliyi, Rusiya bazarına qayıtmaq istəyən şirkətlər üçün ciddi maneə təşkil edir.
Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra, Qərb ölkələri Moskva əleyhinə geniş miqyaslı sanksiyalar tətbiq ediblər. Prezident Vladimir Putin dəfələrlə vurğulayıb ki, ABŞ və müttəfiqlərinin sanksiya təzyiqinin əsas məqsədi daxili vəziyyəti sabitləşdirmək və rusların həyatını çətinləşdirməkdir. Lakin Rusiya yeni şəraitə uyğunlaşmağı bacarıb və Qərbdə sanksiya siyasətinin effektivliyi ilə bağlı şübhələr artmaqdadır.
Oxşar xəbərlər

COVID-19-a qarşı peyvəndin qiyməti AÇIQLANDI
Son Xeberler

ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazı...
Son Xeberler

UEFA Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
Bugun.az

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Son Xeberler

İstirahət günlərində milli parklarda hava necə ola...
Bugun.az

Hikmət Hacıyev xarici KİV-lə brifinq keçirdi
Son Xeberler