
“Qarabağ” səfərdə “Benfika”dan xal ala biləcək? - ŞƏRH

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə start verən “Qarabağ” bu gün ilk oyununda Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq.
Futbol eksperti Ceyhun Sultanov Metbuat.az-a açıqlamasında bildirib ki, “Qarabağ” çox güclü rəqiblə üz-üzə gəlir:
“Benfika” Portuqaliyanın ən güclü üç klubundan biridir. Ümumiyyətlə, bu qrupda zəif rəqib yoxdur, hamısı güclüdür. Amma “Qarabağ”ın öz oyun üslubu var və komanda güclü rəqiblərə qarşı necə oynamalı olduğunu bilir”.
Ekspertin fikrincə, “Qarabağ” üçün qələbə qazanmaq asan olmayacaq:
“Təbii ki, Azərbaycan təmsilçisinin qələbə qazanmasını istəyirəm, amma bu bir az çətin görünür. Səfərdə “Benfika”ya qarşı oynamaq çox ağır olacaq. “Qarabağ” düşən imkanlardan maksimum istifadə edə bilsə, hər oyunda nəticə qazana bilər. Qrupda qalan yeganə komandamızdır və bütün Azərbaycan olaraq onları dəstəkləyəcəyik”.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Benfika" və "Qarabağ" komandalarının start heyətlə...
Bugun.az

Kerem Aktürkoğlu: "Benfika"dan "Mançester Yunayted...
Bugun.az

Çempionlar Liqası: "Qarabağ"ın ilk oyununun hakiml...
Bugun.az

“Qarabağ”ın ÇL-dəki oyunlarını bu kanal yayımlayac...
Bugun.az

“Qarabağ” Liqa mərhələsində ilk oyununa çıxacaq
Bugun.az

"Səfərdə oynadığımız üçün favorit "Qarabağ"dır" -...
Bugun.az