
“Qarabağ”dan Nərimanla bağlı AÇIQLAMA

Azərbaycan millisinin düşərgəsində zədə alan və bu səbəbdən heyətdən çıxarılan Nəriman Axundzadənin durumu müəyyənləşib.
Metbuat.az xəbər verir ki, bu barədə “Qarabağ” klubunun mətbuat xidmətindən məlumat verilib.
Tibbi müayinədən sonra futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb. Onun baldır nahiyəsində dartılma qeydə alınıb. Bu səbəbdən 21 yaşlı futbolçunun azı 3-4 həftə yaşıl meydandan kənarda qalacağı bildirilib.
Bu o deməkdir ki, N.Axundzadə millinin sentyabrın 9-da Ukrayna ilə matçı ilə yanaşı “Qarabağ”ın Çempionlar Liqasında ən azı “Benfika” ilə ilk oyununu, eləcə də Misli Premyer Liqasında qarşıdakı minimum 3 görüşünü buraxmalı olacaq.
Oxşar xəbərlər

İlham Əliyevdən Qarabağ Dirçəliş Fondu ilə bağlı
Son Xeberler

"Malmö" Baş Məşqçisi: "Qarabağ" Güclü Komandadır
Son Xeberler

“Qarabağ”dan növbəti transfer
İdman Xəbər

"Ayaks" oyunçusu: "Qarabağ"la çətin oyun olacaq
Bugun.az

Prezident “Qarabağ”a 5 milyon manat ayırdı
Bugun.az

Qarabağ Liderliyə Yüksəldi
Son Xeberler