
Qanunda dəyişiklik edildi - 6 ay şərti ləğv olunur

Azərbaycanda vərəsəlik hüququ ilə bağlı illərdir mövcud olan tələb faktiki olaraq ləğv edilir. Bu dəyişiklik Mülki Məcəlləyə təklif edilən layihədə əksini tapıb.
Hüquqşünas Asim Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, qeyd olunan yenilik Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına əsaslanır. Həmin qərarda Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələri birgə şərh olunub və nəticədə vərəsələrin mirasa iddia etməsi üçün qoyulmuş vaxt məhdudiyyəti aradan qalxıb.
"Əvvəllər vərəsə 6 ay müddətində notariusa müraciət etməsə, onun mirasdan pay almaq hüququ itə bilərdi. İndi isə bu məhdudiyyət aradan qalxıb və vərəsələr istənilən vaxt mirasla bağlı müraciət edə bilərlər”, – hüquqşünas bildirib.
A.Mirzəzadə qeyd edib ki, vərəsəlik şəhadətnaməsinin alınması üçün vərəsələrin şəxsiyyət vəsiqələri, vəfat edən kəsin ölüm haqqında şəhadətnaməsi, ailə tərkibi haqqında arayış, miras əmlaka dair sənədlər tələb olunur.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Azərbaycanda daha bir qanun ləğv edildi
Son Xeberler

Prezidentdən Mediasiya haqqında qanuna
Son Xeberler

Prezident İlham Əliyev mühüm QANUN İMZALADI -
Son Xeberler

Prezident bu qanunda dəyişikliyi təsdiqlədi
Son Xeberler

Azadlıq prospektində avtobus zolağı niyə ləğv edil...
Son Xeberler

Trampın nümayəndəsinin Zelenski ilə mətbuat konfra...
Bugun.az