Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Qalatasaray" türk ulduzla anlaşdı

23.06.2025 15:25 39 baxış sayı 1 dəq. oxuma Metbuat
"Qalatasaray" türk ulduzla anlaşdı

"Qalatasaray" İlkay Gündoğanla razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, tərəflərin 2+1 şərti ilə razılaşdığı irəli sürülür. Məlumata görə, “Mançester Siti" də İlkay Gündoğanın klubdan getməsinə razılıq verib. Bildirilir ki, “Mançester Siti"nin yarımmüdafiə xəttində futbolçuların sayı çoxluq təşkil edir. Buna görə də, İlkay Gündoğan heyətə düşməkdə çətinlik çəkə bilər.

Qeyd edək ki, "Mançester Siti" Tijjani Reijnders, Rayan Cherki və Niko Qonzalesi transfer edib. Həmçinin klubda Rodri, Mateo Kovaçiç və Axilles kimi futbolçular var. Valideynləri Türkiyədə anadan olan türk əsilli İlkay Gündoğanın "Qalatasaray"da oynamaq istədiyi irəli sürülmüşdü.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: