
“Qalatasaray”ın Osimhen xəyalı bitdi - Bu klubu seçdi

"Qalatasaray"da icarə əsasında oynayan “Napoli”nin futbolçusu Viktor Osimhen seçimini edib.
Metbuat.az xəbər verir ki, onun karyerasını İngiltərədə davam etdirəcəyi iddia edilib. “Africafoot”da yer alan xəbərə görə, Viktor Osimhen “Mançester Yunayted”ə transfer olacaq. Tərəflərin müqavilə imzaladığı irəli sürülür. Sözügedən xəbərdə bildirilir ki, bu barədə futbolçuya yaxın mənbələr məlumat verib.
Qeyd edək ki, “Napoli” Viktor Osimhen üçün 75 milyon avro tələb edir. “Qalatasaray”ın futbolçunu klubda saxlamaq istədiyi irəli sürülmüşdü. Lakin Viktor Osimhenin seçiminin İngiltərə olduğu və digər təklifləri rədd etdiyi barədə xəbərlər dərc edilmişdi.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Osimhen "Qalatasaray"da qalmaq üçün fantastik təl...
Bugun.az

“Qalatasaray” arzusuna çatır - Osimhen seçimini et...
Bugun.az

Osimhenin "Qalatasaray" Macərası Qısa Müddətli Ola...
Son Xeberler

Osimhenin yeni klubu açıqlandı
Bugun.az

“Qalatasaray” Çempionlar Liqasında ardıcıl ikinci...
Azəri Xəbər

Osimhen "Qalatasaray"dan gedir? - Sürpriz təklif
Bugun.az


