🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Polis əməliyyat keçirdi -Saxlanılanlar var

06.09.2025 07:25 1 baxış sayı 2 dəq. oxuma
Polis əməliyyat keçirdi -Saxlanılanlar var

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vətəndaşların qanuni mənafelərinin qorunması, paytaxt və bölgələrdə kriminogen duruma nəzarət, o cümlədən odlu silah-sursat əldə edib saxlama, habelə narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşının alınması istiqamətində əməliyyatlar keçirib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, tədbirlər zamanı cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan, ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb edən və odlu silah-sursat saxlayan 20-dən artıq şəxs saxlanılıb.

Onlardan xeyli sayda "Kalaşnikov" avtomatı, "Makarov" və digər markadan olan tapançalar, habelə müxtəlif çaplı patronlar aşkarlanıb.

Həmçinin vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi və xüsusən paytaxt ərazisində satışının qarşısının alınması məqsədi ilə də əməliyyatlar keçirilib.

Sonuncu əməliyyatlar zamanı ümumilikdə 142 kiloqram müxtəlif adda narkotik vasitə qeyri-leqal dövriyyədən çıxarılıb, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 mütəşəkkil dəstənin üzvləri, habelə qeyd edilən cinayətlərdə təqsirli bilinən 7 şəxs saxlanılıb.

Narkotiklərlə əlaqəli başlanan 10 cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.

Paylaş: