
Pezeşkian Ermənistana gedir - Səfərdən nə gözlənilir?

İran prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir. Bu, onun Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından sonra gündəmə gəlib. Paşinyan səfəri səbirsizliklə gözlədiklərini və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə ümid etdiklərini bildirib. Bəs Pezeşkianın səfəri nə vəd edir?
Politoloq Oqtay Qasımov Metbuat.az-a açıqlamasında bildirib ki, Pezeşkianın Ermənistana gözlənilən səfəri, əslində, təəccüb doğurmamalıdır.
Onun sözlərinə görə, İran Cənubi Qafqazda əsas tərəfdaşı kimi Ermənistanı görür, onu daim dəstəkləyir və bu ölkə ilə münasibətləri yüksək səviyyədə qurmağa çalışır. Tərəflər arasında əlaqələr ciddi şəkildə inkişaf etməkdədir:
“Yəni bu səfər İran-Ermənistan münasibətlərində hansısa ciddi dəyişiklik yaratmayacaq. İranın bu məsələdə ənənəvi və dəyişməyən siyasəti var. Bu siyasət ondan ibarətdir ki, Cənubi Qafqazda Ermənistan dəstəklənməli və Azərbaycana qarşı balans rolunu oynamalıdır. Məhz bu səbəbdən indiyə qədər Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçı siyasət də İran tərəfindən dolayısı ilə dəstəklənib”.
O.Qasımov Məsud Pezeşkianın hakimiyyətə gəlişindən sonra bu siyasətdə müəyyən dəyişikliklərə cəhd edildiyini də vurğulayıb:
“Lakin nəzərə almaq lazımdır ki, İranda əsas söz sahibi dini liderdir və prezident faktiki olaraq xarici siyasəti müəyyən edən əsas fiqur deyil. Bu baxımdan Pezeşkianın səfəri münasibətlərin bundan sonra da inkişaf etməsinə müsbət təsir göstərə bilər, amma hansısa ciddi dəyişikliklərin olacağı gözlənilmir. Yəni münasibətlər əvvəlki ənənəvi xətt üzrə davam edəcək”.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

İsrailin hücumları zamanı Pezeşkian yaralanıb
Bugun.az

Pezeşkian Azərbaycana səfər edəcək
Bugun.az

Lavrov Ermənistana gedir
Bugun.az

İsrail məqsədlərinə nail ola bilmədi - Pezeşkian
Bugun.az

Qətər Ermənistana Uçuşları Dayandırdı
Son Xeberler

Fransadan Ermənistana humanitar yardım göndərildi
Son Xeberler