
Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlandı

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə Metbuat.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib. Peşə təhsil müəssisələrinə qəbul olan şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.
Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 04 - 10 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Birinci və ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 44 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib.
Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb. İkinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 19 292 nəfərdən 72 597 müraciət daxil olub. Ümumilikdə 8341 nəfər müsabiqədən keçib.
Oxşar xəbərlər

Peşə məktəblərinə qəbulun birinci mərhələsinin nət...
Bugun.az

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun nəticə...
Bugun.az

Bu tarixdən peşə məktəblərinə qəbul başlayır
Bugun.az

Peşə məktəblərinə müəllimlərin vakansiya seçiminə...
Bugun.az

DİM-dən magistrlara
Son Xeberler

Müəllim olmaq istəyənlərin nəzərinə:
Son Xeberler