Pensiyalar istənilən bankdan alına biləcək
Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq niyyətindədir.
Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı Əkrəm Həsənov Mərkəzi Bankın sədri ilə iqtisadçılar arasında keçirilən görüşlə bağlı deyib.
Onun sözlərinə görə, bundan sonra dövlət müəssisələri tərəfindən verilən maaş və pensiyalar yalnız iri banklar vasitəsilə deyil, vətəndaşların seçdiyi istənilən bank vasitəsilə ödəniləcək:
“Əslində, qanunla bu hüquq var idi, sadəcə ona əməl olunmurdu. İndi isə bu məsələ nəhayət ki, reallaşacaq”.
Ə.Həsənov əlavə edib ki, Mərkəzi Bank eyni zamanda islam bankçılığı institutlarını mərhələli şəkildə tətbiq etməyi planlaşdırır.
Oxşar xəbərlər
Maaşı istənilən bankdan almaq mümkün ola bilər
Bugun.az
Pensiyalarla bağlı
Son Xeberler
Prezident İlham Əliyev mühüm QANUN İMZALADI -
Son Xeberler
atb zəng mərkəzində "səsiniz bankdan gəlsin" təcrü...
Edumap.az Təhsil Portalı
Pensiyalar bu tarixdən artımla ödəniləcək
Bugun.az
Gələn ildən pensiyalar artırılacaq
Son Xeberler