
Paşinyan zala niyə Azərbaycan musiqisinin sədaları altında daxil oldu?

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çində rəsmi qəbulda iştirak ediblər. Görüş zamanı yaşanan musiqili məqam sonradan maraqlı müzakirələrə səbəb olub.
Metbuat.az Baku tv-yə istinadən xəbər verir ki, Paşinyan özünün "Facebook" səhifəsində həmin görüşün kadrlarını yayıb. Videoda Paşinyanla Akopyan Çin Sədri Si Cinpin və həyat yoldaşı ilə görüş zalına daxil olarkən Azərbaycan musiqisi səslənir. Mütəxəssislərin rəyinə görə, səslənən ifa Azərbaycanın dünyaşöhrətli müğənnisi Rəşid Behbudovun mahnılarından biridir.
Maraqlıdır ki, musiqi cəmi bir neçə saniyə sonra dayandırılıb. Paşinyanın paylaşımından sonra sosial şəbəkələrin Azərbaycan seqmentində görüntülər böyük maraqla qarşılanıb. İstifadəçilər Paşinyanın zalda məhz Azərbaycan musiqisi ilə qarşılanmasını təsadüfi saymayaraq, bunu simvolik bir məqam kimi dəyərləndiriblər.
Beləliklə, Çində baş tutan rəsmi qəbulun ən çox danışılan tərəfi Paşinyanın özü ilə yanaşı, arxa planda səslənən Azərbaycan musiqisi olub.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər

Paşinyanın oğlunun bu rəqsi etirazlara səbəb oldu...
Son Xeberler

"Nə oldu Paşinyan?, Şuşanın sağlığına içirdin" - E...
Son Xeberler

“Paşinyan, bəs Şuşada parlament binası tikirdin, n...
Son Xeberler

Paşinyanın Yeni İmajı: "Nə Oldu Paşinyan?"
Son Xeberler

Paşinyan Rusiyanı BİABIR ETDİ: “İsgəndər” raketlər...
Son Xeberler

Paşinyan məğlubiyyətini etiraf etdi -
Son Xeberler