
Onlar üçün yenidən imtahan keçiriləcək

2025-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 7-də əlavə imtahan keçirəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
İmtahanda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Oxşar xəbərlər

DİM onlar üçün imtahan keçirəcək
Bugun.az

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Bugun.az

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keç...
Bugun.az

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə
Bugun.az

Bu gün imtahan var
Bugun.az

Onlar test imtahanı verdilər
Bugun.az