
Oğuzda ağır qəza - 25 yaşlı gənc öldü

Oğuz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində nəqliyyat vasitəsindəki sərnişin – 2000-ci il təvəllüdlü Oğuz rayon sakini Urfan Namiq oğlu Məcidov hadisə yerində keçinib. Sürücü 1996-cı il təvəllüdlü Kənan Rəhman oğlu Əzizov isə ağır xəsarət alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, qəzada ölən və xəsarət alan şəxslər Oğuz rayon sakinləridir.
Hadisə yerində polis əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər

Şəkidə 15 Yaşlı Gənc Avtomobil Qəzasında Həlak Old...
Bugun.az

Şəkidə qəza oldu - Xəsarət alan var
Bugun.az

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Son Xeberler

Oğuzda çaqqal 56 yaşlı kişiyə xəsarət yetirdi
Bugun.az

Göygöldə Qəza: Gənc Ömrü Söndü
Bugun.az

Toyuqlar Üstündə Ölüm: Düğünə Gələrkən Balondan Dü...
Son Xeberler