🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Novxanıda dənizin satılması ilə bağlı elan paylaşıldı

20.08.2025 17:25 1 baxış sayı 1 dəq. oxuma
Novxanıda dənizin satılması ilə bağlı elan paylaşıldı

Sosial şəbəkədə əmlak satışı ilə məşğul olan şəxs Novxanıda dənizin satılması ilə bağlı elan paylaşıb.

Bəs çimərlik ərazisinin alqı-satqısı qanunidirmi?

Metbuat.az Baku tv-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, heç bir halda dənizkənarı ərazi satıla bilməz:

"Dənizkənarı ərazilərdə mövcud olan torpaq sahələri müvafiq dövlət qurumlarından icarəyə götürülərək istifadə hüququ formalaşır və həmin ərazilərdə mövsümi olaraq müəyyən biznes xarakterli işlərin qurulması mümkündür. Lakin həmin ərazinin digər şəxslərə satılması qanunvericiliyə əsasən qadağandır".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş yalnız qanunla təsdiqlənmiş şəxsi mülkiyyətini satışa çıxara bilər:

"Ümumi istifadəyə aid sahələr, xüsusilə dənizkənarı zolaq dövlətin balansındadır və satıla bilməz".

Ətraflı süjetdə:


Paylaş: