
Netanyahunun müdafiə nazirini işdən çıxarması aranı qarışdırdı

İsraildə baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Gallantı işdən çıxarmasına etirazlar başlayıb.
Metbuat.az xəbər verir ki, Netanyahunun Gallantı vəzifəsindən azad etməsi və xarici işlər naziri Yisrael Katzı onun yerinə təyin etməsi müxalifət tərəfindən tənqid edilib. “The Jerusalem Post” qəzetinin məlumatına görə, Netanyahunun qərarına etiraz etmək üçün paytaxt Təl-Əvivdə nümayişçilər toplaşmağa başlayıb. Nümayişçilər Netanyahu hökuməti əleyhinə şüarlar səsləndiriblər. Həmçinin Təl-Əvivlə yanaşı Qüdsdə də nümayişlərin keçirildiyi bildirilir.
Qeyd edək ki, İsrail müxalifəti Netanyahunun Gallantı istefaya göndərməsindən sonra etirazlara çağırmışdı. Daha əvvəl Netanyahu ilə Gallant arasında fikir ayrılıqlarının olduğu bildirilmişdi. Netanyahu ötən il Gallantı istefaya göndərməyə çalışsa da, etirazlar başlayandan sonra geri çəkilmişdi.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

İsrailin baş nazirinin evi
Xəbər Anı

Activision Blizzard Yenidən İşçiləri İşdən Çıxarır...
Son Xeberler

İsrail Livana raket zərbələri endirir
Bugun.az

Nazir İdarə rəisini işdən çıxardı
Son Xeberler

Netanyahunun Azərbaycana səfəri bu səbədəntəxirə s...
Bugun.az

İspaniya İsrailə Silah Göndərilməsini Dayandırmağa...
Bugun.az