
Nazirdən Aİ-92 markalı benzinlə bağlı açıqlama

Azərbaycana benzin idxalının artmasının səbəbi açıqlanıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib ki, benzinin ölkəyə idxalının artmasının əsas səbəbi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəqiq məlumatı verə bilər.
“Ancaq bizim ehtimallarımıza görə, bunun səbəbi ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın Neft Emalı Zavodunun bağlanmasıdır. Zavodunun bağlanmasına görə tələbatı ödəmək üçün Aİ-92 markalı benzin idxal etməli olduq”, - deyə nazir bildirib.
Oxşar xəbərlər

Benzinin qiyməti ilə bağlı açıqlama - RƏSMİ
Bugun.az

Azərbaycanda benzin niyə bahalaşdı? -
Son Xeberler

NATO Baş Katibi Təcili Açıqlama Verəcək
KIBRIT MEDIA

Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı...
Son Xeberler

Bakı-Quba yolunda ağır qəza, xəsarət alan var
Son Xeberler

Azərbaycanda benzin ucuzlaşır
SON Xəbər