
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.
Mebuat.az xəbər verir ki, Cenevrə hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirlərdə çıxışları və nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.
Oxşar xəbərlər

Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar s...
Bugun.az

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi
Bugun.az

Sahibə Qafarova Ərdoğanla görüşdü
Bugun.az

Sahibə Qafarova Ərdoğanla görüşdü -
Son Xeberler

Spiker Papanın dəfnində iştirak etdi -FOTOLAR
Bugun.az

Sahibə Qafarova pakistanlı həmkarına təşəkkür etdi
Son Xeberler