🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

​Milli Brendlərin Pərakəndə Zirvəsi -2025”keçirilib

04.06.2025 13:25 6 baxış sayı 4 dəq. oxuma
​Milli Brendlərin Pərakəndə Zirvəsi -2025”keçirilib

Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilə “Milli Brendlərin Pərakəndə Zirvəsi – 2025” adlı mötəbər forum keçirilib. Tədbirə 400-dən çox qonaq – rəsmi şəxslər, tanınmış şirkət rəhbərləri və media nümayəndələri qatılıb.

Forumun rəsmi hissəsi Biznes Mərkəzi Klubununİdarə Heyətinin sədri Rüfət Nadirlinin açılış nitqi ilə başlayıb. O, klubun əldə etdiyi nailiyyətlərdən bəhs edərək, qarşıdakı dövrdə sahibkarlara təqdim olunacaq yeni layihələr barədə ətraflı məlumat verib. Rüfət Nadirli, klubun əsas hədəfinin sahibkarlığın daha geniş miqyasda inkişafına dəstək vermək olduğunu vurğulayıb.

Forumda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidentiVüqar Zeynalov, Biznes Mərkəzi Klubunun sahibkarlığa verdiyi töhfələri yüksək qiymətləndirib. O, bu cür təşəbbüslərin ölkədə biznes mühitinin formalaşmasında və inkişafında mühüm rol oynadığını bildirib.Tədbirin açılış mərasimində “KOBSKA” İH-in sədri Ramin ŞərifovUİD Arge və Eğitim Başkanı Cengiz Aygör də çıxış edərək,Biznes Mərkəzi Klubunun təşəbbüslərini yüksək qiymətləndirib, bu cür forumların beynəlxalq əməkdaşlıq və investisiya imkanlarının genişlənməsində mühüm rol oynadığını bildiriblər. Tədbirdə həmçinin Xəzər Media Mərkəzinin Reklam və Marketinq departamentinin direktoruGökhan Özkundakçıçıxış edərək klubun sahibkarlıq ekosistemindəki rolunu yüksək dəyərləndirib. O, media və biznes arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd edib və bu əlaqələrin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyinə inandığını bildirib.Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədriSəkinə Babayeva tədbirin sahibkarlar üçün yeni əməkdaşlıqlar qurmaq və şəbəkələşmək baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Tədbirin bədii hissəsindərəqs nümayişi etdirilib və tanınmış modelyer Mətanət Bayramovanın Meta4Fashionbrendinin “Business Style” dəfiləsi iştirakçılara təqdim olunub.Forum çərçivəsində Pərakəndə sektorunun inkişafına həsr olunmuş panel müzakirələri keçirilib. Panel müzakirələrində pərakəndə sektorunda mövcud vəziyyət, rəqabət mühiti, rəqəmsal transformasiya, istehlakçı davranışlarının dəyişməsi, eləcə də yerli brendlərin gücləndirilməsi yolları müzakirə edilib. Spikerlər yeni dövrün tələblərinə uyğun strateji yanaşmaları bölüşərək, brendlərin beynəlxalq bazarlara çıxışı, rəqəmsal marketinqin rolu, müştəri təcrübəsinin fərdiləşdirilməsi, loqistika və təchizat zəncirinin optimallaşdırılması kimi mövzularda fikir mübadiləsi aparıblar.

Qeydedək ki, forumun rəsmi tərəfdaşı qismində “Birbank Biznes“ZH Media”, tədbirin sponsorları sırasında isə “Onur Plast”, “Aran İnşaat”, “Hanoğlu Baklava & Lokum”, “Dimora Craft”, “Foto xalça”, “QSA”, “Aqat Silver”, “Kingsmart”, “Logix”, “Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi”, “Crea Time”, “Asistal”, “Green Led”, “Euracs”, “BMG İnternational” və “Smart System” kimi nüfuzlu şirkətlər yer alıb.

Tədbirə geniş ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə 20-dən çox media qurumu informasiya dəstəyi göstərib. Onların arasında aparıcı televiziya kanalları, xəbər portalları və ixtisaslaşmış iqtisadi platformalar yer alıb, bu da forumun geniş işıqlandırılması təmin edib.

Paylaş: