
Məzmun dəyişib, amma müəllimlər yenə eyni şeyi keçir - Nazir

“Dərsliklərdə elə mətn qoyulmalıdır ki, uşaqların oxuyub anlama qabiliyyəti artsın. Şeir əzbərləmək hələ oxuyub anlama qabiliyyətinin yüksək olması demək deyil”.
Metbuat.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, bəzən dərsliklərdəki şeirlər çox yaxşı olsa da, uşağın oxuyub anlama qavrayışına xidmət etmir: “Bizim arqumentimiz odur ki, oxuyub anlamanı məktəbdə keçmirlər. Şeir əzbərləmək təbii ki, olmalıdır, uşaq keçməlidir. Bu o demək deyil ki, şeiri keçməsin. Ancaq şeirlə yanaşı, uşaq oxuyub anlamanı da bilməlidir. Fokusumuzu buna yönəltməliyik. Məzmunda da bunu dəyişmişik, amma müəllim yenə də sinif otağına girib eyni şeyi keçir”.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Bu ölkədə nazir koronavirusdan öldü
Son Xeberler

İslandiya Dördgünlük İş Həftəsinə Keçir
KIBRIT MEDIA

Xalq artistindən tənqidlərə cavab: "Hamı hər şeyi...
Şou Xəbər

Prezident Kəmaləddin Heydərovla Elçin Quliyevi sər...
Son Xeberler

Nazir Bərdədə törətilən qətliamdan yazdı
Son Xeberler

"Balaş mənim xəyal ortağım idi..." - Xatun
Son Xeberler