🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Məktəblərdə yazı vərdişləri "dəbdən düşdü"

03.05.2025 15:25 8 baxış sayı 3 dəq. oxuma
Məktəblərdə yazı vərdişləri "dəbdən düşdü"

"Ümumtəhsil məktəblərində yazı vərdişlərinin inkişafı əsas şərtlərdən biridir. Hətta ibtidai təhsil səviyyəsində öyrədilən dörd əsas bacarıqdan biri də məhz yazı vərdişləridir".

Bunu təhsil eksperti Elşən Qafarov Metbuat.az-a açıqlamasında imtahanlarda tələb olunan esse məsələlərindən danışarkən söyləyib:

" 2010-cu ildən etibarən ümumtəhsil məktəblərinin yuxarı siniflərində yazı vərdişlərinin inkişafı ilə bağlı yoxlama yazı işləri tətbiq olunmağa başladı. Bu yazı işləri ana dili, ədəbiyyat, riyaziyyat, xarici dil və digər fənlər üzrə həyata keçirilirdi. 2015-ci ilə qədər bu yazı işləri müəllimlərin fəaliyyətində stimullaşdırıcı rol oynayırdı, çünki nəticələrə uyğun olaraq əlavə əməkhaqqı verilirdi. Lakin 2015-ci ildən etibarən bu yazı işlərinə görə əməkhaqqının verilməsi dayandırıldı. Nəticədə, yazı işləri də məktəblərdə aradan qaldırıldı. Bu isə faciəvi bir vəziyyət yaratdı: şagirdlərimizin yazı vərdişləri tədricən yox oldu və bu gün bu problem daha da dərinləşməkdədir".

Ekspertin sözlərinə görə, ümumtəhsil məktəblərində yazı vərdişlərinin inkişafına ciddi önəm verilməlidir:

"Bu vərdişlər sonrakı mərhələlərdə - ali məktəbə qəbul və təhsilin digər pillələrində böyük rol oynayır. Ümumtəhsil məktəbində yazı və danışıq bacarıqları aşılanmadığı təqdirdə, bu, ali təhsil müəssisələrində əlavə problemlərə səbəb olacaq. Bununla belə, ali məktəbə qəbul və magistratura səviyyəsində yazı və danışıq bacarıqlarının yoxlanılması müsbət haldır. Hətta bu yoxlama xarici dil üzrə olsa belə, əhəmiyyətlidir. Çünki magistratura elmi araşdırmalar tələb edən bir səviyyədir və bu mərhələdə elmi-texniki kontent hazırlığı xarici dildə bacarıqları tələb edir".

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: