🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Meksikada 21 nəfər öldü

15.05.2025 05:25 28 baxış sayı 1 dəq. oxuma
Meksikada 21 nəfər öldü

Meksikanın Puebla ştatında baş verən yol qəzasında azı 21 nəfər ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə ştatın daxili işlər naziri Samuel Aqilar Pala məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Kuaknopalan-Oaxaka avtomobil yolunun 31-ci km-də baş verib: “Üç avtomobilin iştirakı ilə baş verən yol qəzası nəticəsində 18 nəfər hadisə yerində, daha 3 nəfər isə xəstəxanada dünyasını dəyişib”.

O əlavə edib ki, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlara tibbi yardım göstərilir.

“N+” telekanalının məlumatına görə, yolda yük maşını, tanker və sərnişin avtobusu toqquşub.

Toqquşmadan sonra tanker partlayıb və magistralın həmin hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.

Paylaş: