🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Medianın İnkişafı Agentliyinin açıqlama yaydı

12.07.2025 16:25 5 baxış sayı 2 dəq. oxuma
Medianın İnkişafı Agentliyinin açıqlama yaydı

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafiə naziri və Azərbaycan Respublikasının xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Qeyd edilib ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep feyk” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

Paylaş: