
MEDİA ilə Sinxua Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ilə Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Metbuat.az-a MEDİA-dan bildirilib.
Qeyd edilib ki, Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında media sahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf etdirilməsidir.
Sənəd informasiya və təcrübə mübadiləsini, ortaq maraq doğuran layihələr üzrə birgə fəaliyyəti, eyni zamanda iclas, seminar, praktiki məşğələ, təlim, konfrans və digər bu kimi tədbirlərin təşkili, media sahəsinə məsul rəsmi şəxslərin və müvafiq ekspertlərin səfərlərinin dəstəklənməsini nəzərdə tutur.
Oxşar xəbərlər

BTQ bu təşkilatla Anlaşma Memorandumu imzaladı
Bugun.az

Azərbaycan-Belarus sənədləri imzalandı
Bugun.az

İlham Əliyev Fərman imzaladı
Bugun.az

“SOCAR Green” və “PowerChina” şirkətləri Anlaşma M...
Bugun.az

Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə s...
Bugun.az

Azərbaycan BMT ilə İqlim Dəyişikliyi üzrə Əməkdaşl...
Bugun.az