
Mayın 29-u və 30-da qaz olmayacaq -Bu ərazilərdə

Mayın 29-30-da Masallı rayonu ərazisində qazın verilişində fasilələr olacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Masallı rayonu Qəzvinoba kəndində küçə qaz xəttinin təmir edilməsi məqsədilə "Tüklə" qazpaylayıcı stansiyasından qidalanan Boradigah qəsəbəsi, Bədəlan, Babaser kəndləri və Türkoba kəndinin bir hissəsi də daxil olmaqla ümumilikdə 2 700 abonentin qaz təchizatının mayın 29-da saat 10:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.
Həmçinin, rayonun Qəriblər kəndində yeni inşa edilmiş qaz kəmərinin mənbəyə qoşulması ilə əlaqədar Qəriblər, İsilər və Məmmədrzaküçə kəndləri üzrə 700 abonentin qaz təchizatının mayın 30-da saat 10:00-dan işlər yekunlaşanadək dayandırılması nəzərdə tutulur.
Oxşar xəbərlər

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
Xəbər Anı

Saat 14:00-da su kəsiləcək -Bu ərazilərdə
Bugun.az

Bu ərazilərdə su olmayacaq
Bugun.az

Noyabrda 18 gün dərs olmayacaq
Xəbər Anı

Sabah bəzi ərazilərdə işıq olmayacaq
Xəbər Anı

10:00-dan etibarən işıq olmayacaq - Bu ərazilərdə
Bugun.az