🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Mask Grok 2.5-i açıq mənbə etdi

26.08.2025 19:25 1 baxış sayı 1 dəq. oxuma
Mask Grok 2.5-i açıq mənbə etdi

İlon Mask süni intellekt çatbotu Grok 2.5-i istifadəçilər üçün açıq mənbə edib.

Metbuat.az xəbər verir ki, istifadəçilər Grok 2.5-i açıq mənbədən yükləyə biləcəklər. Məlumata görə, bu, istifadəçilərə “Hugging Face”dən modeli endirməyə, onu kompüterlərində işə salmağa və kodu ehtiyaclarına uyğun olaraq dəyişdirməyə imkan verəcək. Qeyd edək ki, xAI artıq Grok 4 və Grok 4 Heavy-ni istifadəyə verib. Grok 2.5 əvvəlki açıq mənbə modeli olan Grok 1 ilə müqayisədə daha üstündür. Grok 2.5 əhəmiyyətli təkmilləşdirmələri ehtiva edir və hələ də mühəndislik bilikləri olan istifadəçilər üçün funksional seçim təklif edir. Bildirilir ki, Mask süni intellektin hər kəs üçün əlçatan olmasını təmin etmək istəyir.

Mask hesab edir ki, süni intellekt yalnız texnologiya nəhənglərinin nəzarəti altında olmalı deyil və AI bütün bəşəriyyətin xidmətində olmalıdır.

Paylaş: