🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Macarıstan yığmasının yoldaşlıq görüşü üçün heyəti açıqlandı

20.05.2025 14:25 5 baxış sayı 1 dəq. oxuma
Macarıstan yığmasının yoldaşlıq görüşü üçün heyəti açıqlandı

Macarıstan yığmasının İsveç və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, Baş məşqçi Marko Rossi heyətə 25 futbolçu cəlb edib.

Qapıçılar: Deneş Dibuş (“Ferensvaroş”), Peter Sappanoş (“Paksi”), Balaj Tot (“Blekbern”, İngiltərə);

Müdafiəçilər: Botond Baloq (“Parma”, İtaliya), Marton Dardai (“Herta”, Almaniya), Attila Moçi (“Rizəspor”, Türkiyə), Villi Orban (“Leypsiq”, Almaniya), Qabor Salai (“Ferensvaroş”);

Yarımmüdafiəçilər: Bendequz Bolla (“Rapid”, Avstriya), Aron Çonqvai (AIK, İsveç), Bense Dardai (“Volfsburq”, Almaniya), Miloş Kerkez (“Bornmut”, İngiltərə), Jolt Naqi (“Puşkaş Akademiyası”), Loik Neqo (“Havr”, Fransa), Tamaş Nikitşer (“Valyadolid”, İspaniya), Attila Osvat (“Paksi”), Andras Şefer (“Union Berlin”, Almaniya), Kallum Staylz (“Vest Bromviç”, İngiltərə), Aleks Tot (“Ferensvaroş”), Milan Vitaliş (ETO Qyor);

Hücumçular: Kevin Çobot (“Santk-Qallen”, İsveçrə), Daniel Qazdaq (“Kolambus Kryu”, ABŞ), Roland Sallai (“Qalatasaray”, Türkiyə), Dominik Soboslai (“Liverpul”, İngiltərə), Barnabas Varqa (“Ferensvaroş”).

Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu iyunun 10-da, saat 20:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.

Paylaş: