
Lavrov Əl Səudlə Suriyanı müzakirə etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri Əl Səud ilə telefonda danışıqlar aparıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib. Açıqlamaya görə, nazirlər regional məsələləri, xüsusilə Suriyadakı vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıblar. Bəyanatda həmçinin qeyd olunub ki, nazirlər Yaxın Şərqdə böhranların həllinə yardım etmək üçün səylərin gücləndirilməsinə dair mövqelərini təkrarlayıblar.
Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejimini devirən “Hayat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əhməd əş-Şaraanın Prezident vəzifəsini icra edəcəyi bəyan edilib. Bu barədə yeni hakimiyyətin rəhbər orqanı olan Hərbi Əməliyyatlar Direktorluğu açıqlama verib.
Oxşar xəbərlər

Rusiya XİN Rəhbəri Azərbaycan Səfirini Qəbul Etdi
Son Xeberler

Hakan Fidanla Sergey Lavrov müzakirə apardı
Bugun.az

Lavrov və Rubio telefonda danışdı
Bugun.az

Lavrov, Bülbüloğlu'nun Missiyasını Naharla Qeyd Et...
Son Xeberler

Qərb yeni güc balansını qəbul etməlidir - Lavrov
Bugun.az

Hakan Fidan Sergey Lavrovla Suriyanı müzakirə etdi
Bugun.az