
Küləkli hava bu tarixədək davam edəcək

İulun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Gəncədə 8, Qaxda 7, Şərur və Göygöldə 4, Şəki (Kişçay), Zaqatala, Balakən, Şəmkir, Gədəbəy, Tovuz və Şahdağda 2, Naxçıvan, Daşkəsən, Goranboy və Naftalanda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edib.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Şərur və Neftçalada 20, Culfada 19, Şamaxı və Naftalanda 18 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-si səhərədək davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?
Bugun.az

Küləkli gava nə vaxtadək davam edəcək?
Bugun.az

Küləkl güclənir - Bu tarixədək davam edəcək
Bugun.az

Qeyri-sabit hava bu bu tarixədək davam edəcək
Bugun.az

Küləkli hava nə vaxtadək davam edəcək?
Bugun.az

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək
Xəbər Anı