
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi” mövzusunda panel sessiya keçirildi

3 may 2024-cü il tarixində Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi” mövzusunda panel sessiya təşkil olunub.
Metbuat.az xəbər verir ki, panel sessiyanın moderatoru Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva olub. Sessiyada Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev, “AZAL”ın daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov, “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov və AYNA Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov spiker qismində çıxış ediblər.
Paneldə çıxış edən Fərid Hüseynov bildirib ki, məlumatların ictimaiyyətə düzgün və vaxtında çatdırılması əsas prioritetlərdəndir. O qeyd edib ki, müxtəlif prosedurlar, strategiyalar və normativ sənədlər vasitəsilə hadisələr baş verməzdən öncə ictimaiyyəti məlumatlandırmağa çalışırlar.
“Hazır kommunikasiya şablonları vasitəsilə informasiyalar hələ yayılmadan öncə düzgün və şəffaf şəkildə cəmiyyətə təqdim olunur”.
Fərid Hüseynov əlavə edib ki, şəffaflıq və dürüstlük prinsipləri çərçivəsində informasiya axınında müəyyən gecikmələr və ya problemlər yaransa da, bu halların təsiri minimuma endirilir. O, cəmiyyətin bu məsələlərə daha anlayışla yanaşdığını və insanların təhlükəsizliyin birinci dərəcəli önəm daşıdığını anlayaraq bu istiqamətdə atılan addımları dəstəklədiklərini vurğulayıb.
Panel iştirakçıları media ilə əməkdaşlığın davamlılığının bu prosesin ayrılmaz hissəsi olduğunu və kommunikasiya sahəsində dayanıqlı və kompleks yanaşmanın əhəmiyyətini qeyd ediblər. Onlar bildiriblər ki, böhran vəziyyətləri və ya gözlənilməz hadisələr baş verməzdən əvvəl düzgün qurulmuş kommunikasiya strategiyası yanlış informasiya yayılmasının qarşısını alır və ictimaiyyətə düzgün, dolğun məlumat çatdırılmasına şərait yaradır.
Oxşar xəbərlər

COP29-un Yaşıl Zonasında panel sessiyası keçirildi
Bugun.az

Bakıda “Media savadlılığı” konfransı keçirildi - F...
Bugun.az

Nikahdan kənar doğulan uşaqların sayı açıqlandı
Bugun.az

Nazir və Baş prokuror Xankəndidə - FOTOLAR
Bugun.az

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirili...
Son Xeberler

“Gələcəyin qurulması: Azərbaycanda və dünyada keçi...
Bugun.az