🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Kolleclərə qeydiyyat tarixi uzadıldı

22.08.2025 12:25 1 baxış sayı 1 dəq. oxuma
Kolleclərə qeydiyyat tarixi uzadıldı

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 2025-ci ilin 25 avqust (saat 18:00) tarixinədək uzadılıb.

Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul olunan şəxslər portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Xatırladaq ki, 14 avqust saat 11:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

Paylaş: