🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Juninyo "Qarabağ"a qayıtdı

02.09.2025 07:25 1 baxış sayı 1 dəq. oxuma
Juninyo "Qarabağ"a qayıtdı

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan "Qarabağ" uzun çəkən hücumçu transferini bitirib.

Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu "Flamenqo"ya satdığı Olavio Juninyonu geri qaytarıb.Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib.

29 yaşlı forvard yenidən "Qarabağ"ın formasını geyinəcək.

Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.

O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.

Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub. Hücumçu bu ilin yanvar ayında "Flamenqo"ya beş milyon avroya satılmışdı.

Paylaş: