
İstehlakçılara geri qaytarılan ƏDV-nin həcmi açıqlandı

İndiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Dövlət Vergi Xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 369 min manat olub.
Əlavə olaraq, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Belə ki, bu ilin yanvar-mart aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 101,5 milyon manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Naxçıvanda istehlakçılara 3,6 milyon manatdan çox...
Azəri Xəbər

Büdcədən geri qaytarılan vəsaitin həcmi açıqlandı
Bugun.az

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alı...
Azəri Xəbər

Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıql...
Bugun.az
Azərbaycanda 10 ayda büdcədən 280 milyon manat vəs...
Azəri Xəbər
İsrail Qəzzadan qaytarılan nəşin kimə məxsus olduğ...
Azəri Xəbər


