
İqtisadiyyat Nazirliyi Anım Günündə Zəfər parkını ziyarət edib

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib.
Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
İqtisadiyyat Nazirliyinin kollektivi Anım Günündə Zəfər Parkını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib.
Parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbə qazandığı Vətən müharibəsinin başlanmasından beş il ötür. 27 sentyabr - Anım Günü qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın rəmzidir.
Oxşar xəbərlər

Şimali Makedoniya Prezidenti Bakıda Zəfər parkını...
Bugun.az

İlham Əliyev Zəfər Parkında Olub
Son Xeberler

Türkiyə prezidenti Anım Günü ilə bağlı paylaşım ed...
Bugun.az

Zəfər günü qeyri-iş, Anım günü isə iş günü olacaq
Son Xeberler

Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik ed...
Son Xeberler

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı...
Son Xeberler