🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

"İmişli" səfərdə "Sabah"ı məğlub etdi

31.08.2025 18:25 1 baxış sayı 1 dəq. oxuma
"İmişli" səfərdə "Sabah"ı məğlub etdi

Misli Premyer Liqasının III turunun son oyununda "İmişli" səfərdə "Sabah"a qalib gəlib.

Metbuat.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçda bölgə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 67-ci dəqiqədə Abbas Ağazadə meydan sahiblərinin qapısına vurub.

İmişli kollektivi cari mövsüm ilk qalibiyyətini əldə edərək 4 xala malik olub. "Bayquşlar" isə 3 xalda qalıb.

Qeyd edək ki, III turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Neftçi"ni (1:0), "Zirə" "Kəpəz"i (5:0), "Araz-Naxçıvan" "Qəbələ"ni (2:1), "Qarabağ" "Karvan-Yevlax"ı (2:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Paylaş: