
İlham Əliyev Malta Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Miriam Spiteri Debonoya məktub ünvanlayıb.
Metbuat.az xəbər verir ki, məktubda qeyd edilib:
"Hörmətli xanım Prezident,
Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Malta arasında dostluq münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
Oxşar xəbərlər

İlham Əliyev Qambiya prezidentini təbrik etdi
Bugun.az

İlham Əliyev Paraqvay Prezidentini təbrik etdi
Bugun.az

İlham Əliyev Seneqal Prezidentini təbrik etdi
Bugun.az

İlham Əliyev Şri-Lanka Prezidentini təbrik etdi
Bugun.az

İlham Əliyev Cibuti Prezidentini təbrik etdi
Bugun.az

İlham Əliyev Ruanda Prezidentini təbrik etdi
Bugun.az