
Hər gün bu meyvələrdən yeməliyik

Meyvələr sağlam həyatın ayrılmaz hissəsidir. Onların tərkibindəki vitaminlər, minerallar, lif və antioksidantlar orqanizmi həm xəstəliklərdən qoruyur, həm də gümrah saxlayır.
Metbuat.az xəbər verir ki, həkimlər balanslı qidalanma üçün gündə ən azı 3-4 porsiya meyvə qəbulunu tövsiyə edirlər.
Alma – “Gündə bir alma həkimi evdən uzaq saxlayar” deyimi təsadüfi deyil. Almanın tərkibindəki C vitamini immuniteti gücləndirir, lif isə bağırsaq fəaliyyətini yaxşılaşdırır. Həmçinin xolesterini azaldaraq ürək-damar sağlamlığını qoruyur.
Banan – Kaliumla zəngin olan banan ürək və əzələ sağlamlığı üçün çox faydalıdır. Enerji verdiyinə görə idmanla məşğul olanlar üçün ideal seçimdir.
Nar – Güclü antioksidant olan nar qanın təmizlənməsinə və orqanizmin infeksiyalara qarşı mübarizəsinə kömək edir. Qanazlığının qarşısını alır və qan dövranını yaxşılaşdırır.
Üzüm – Damarları möhkəmləndirir, yaddaşı gücləndirir, sinir sisteminə müsbət təsir göstərir. Təzə və ya quru halda istifadə oluna bilər.
Portağal və digər sitrus meyvələri – C vitamini deposu olan portağal soyuqdəymə və qripdən qoruyur. Həmçinin dərinin elastikliyini artırır, erkən qocalmanın qarşısını alır.
Armud – Tərkibindəki liflər həzmi yüngülləşdirir, böyrəklərin fəaliyyətini yaxşılaşdırır və orqanizmdən zərərli maddələrin çıxarılmasına yardım edir.
Çiyələk və giləmeyvələr – Çiyələk, böyürtkən, qaragilə kimi giləmeyvələr güclü antioksidant təsirə malikdir, yaddaşı möhkəmləndirir və xərçəng riskini azaldır.
Qarpız və yemiş – Xüsusən yay aylarında orqanizmi susuzluqdan qoruyur, böyrəklərin fəaliyyətini yaxşılaşdırır və bədəni toksinlərdən təmizləyir.
Kivi – Tərkibindəki C vitamini portağaldan daha çoxdur. İmmuniteti gücləndirir, qan dövranını yaxşılaşdırır və yorğunluğu aradan qaldırır.
Oxşar xəbərlər

Hər gün neçə alma yeməliyik? -Mütəxəssislərin cava...
Bugun.az

Alça yenə gündəm oldu -Kilosu 100 manat
Bugun.az

Aylarla almaları necə təzə saxlamaq olar?
Tibbi məlumatlar

Bu bitki ömrü 10 il uzadır
Tibbi məlumatlar

Covid-19-dan sağalmanı ləngidən və sürətləndirən q...
Son Xeberler

Evinizi koronaviusdan təmizləmək üçün 5 TƏBİİ VASİ...
Son Xeberler